BAKI, 26 iyul - Sputnik. Rusiyanın taxıl sazişindən çıxması taxılın dünya qiymətinin 10-15% artmasına səbəb ola bilər.
APA-nın “Sky News“a istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşas deyib.
"Biz hələ də hara enəcəyimizi qiymətləndiririk, lakin haradasa taxılın qiymətinin 10-15% artımı ağlabatan hesablamadır" – Qurinşas bildirib.