BAKI, 25 iyul — Sputnik. Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatının loqosu, medalları və maskotu təqdim olunub. Çempionatın maskotu "Targy" adlanacaq.
Bu, ingilis dilindən tərcümədə "hədəf" mənasını verən "Target" sözündən götürülüb.
Qeyd edək ki, yarış avqustun 14-dən sentyabrın 1-dək davam edəcək.
Onu da bildirək ki, Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.
O, idmançıların 55 növdə medallar uğrunda mübarizə aparacaqlarını bildirib: "Onlardan 12-si fərdi növdə olacaq. Hər fərdi növdə 4 atıcı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq".
Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabrda gerçəkləşəcək.