RUSİYA

Ukrayna lazımi silahları olmadan əks-hücuma keçib, Qərb narahatdır

Ukrayna Silahlı Qüvvələrinin zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri yoxdur və Qərbin verdiyi döyüş maşınları əməliyyat zonasında tərk edilib.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Ukrayna müdafiə xəttini yarmaq üçün lazımi hazırlıq görmədən və lazımi silahlar olmadan əks-hücuma başlayıb.
Bunu İtaliyanın "La Repubblica" qəzetinin hərbi icmalçısı Canluka Di Feo deyib.
"Kiyev generalları hərbi heyəti lazımi qaydada hazırlamadan və uyğun silahları çatdırmadan möhkəmləndirilmiş müdafiə xəttinə hücuma keçiblər. Nəhəng "Leopard 2"lər minalara görə hərəkətsiz qalıb, ABŞ-ın "Bradley"ləri çarpaz atəş xəttində dayanıb", - deyə ekspert vurğulayıb.
Nəşrdə bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri belə olmayıb. Nəticədə Qərbin verdiyi döyüş maşınları birbaşa əməliyyat zonasında tərk edilib.
"Nəticə göz qabağındadır: əks-hücum 48 gündür ki, irəliləmir",- deyə italyan icmalçı qeyd edib.
Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns USQ-nin əks-hücumunun yavaş tempini gözlədiyini söyləyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
RUSİYA
Rusiya XİN pilotsuz təyyarələrin hücumuna sərt cavab verəcəklərini bəyan etdi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.