BAKI, 24 iyul — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp xələfi Co Baydeni "ölkə tarixinin ən təhlükəli dövründə" Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə tənqid edib.
Bu barədə Rusiya mediası Donald Trampın "Fox News"a verdiyi müsahibəsindəki çıxışına istinadən xəbər verib.
Trampın sözlərinə görə, ABŞ-da nə etdiyini anlamayan bir adam hakimiyyəti idarə edir.
"Əgər hər şeyi vermisinizsə, bu, dəhşətlidir. Ancaq bunu bütün dünyaya demək daha da pisdir. O, Çinə və bizə düşmən olan digər ölkələrə bizim silah-sursatımızın olmadığını deyir. Bunu söyləmək üçün nə qədər axmaq olmaq lazımdır?" - Tramp deyib.
Tramp əlavə edib ki, nüvə silahının yayılması səbəbindən bu günləri ABŞ tarixində ən təhlükəli dövr hesab etmək olar.
Professor Cozef Sirakuza bu yaxınlarda qeyd edib ki, Rusiyanın nüvə potensialını və lazım gələrsə, onun nüvə silahından istifadə etmək əzmini qiymətləndirmək ABŞ Prezidenti Co Baydenin ölümcül səhvidir.