DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qafqaz regionunda sülhə əsaslanan nizam qurulmalıdır - İran XİN başçısı

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan deyib ki, onun ölkəsi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayır.
Sputnik
BAKI, 24 iyul — Sputnik. İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayır.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tehranda Ermənistan xarici işlər naziri Ararat Mizroyanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın qonşuluq siyasətində Cənubi Qafqaz xüsusi əhəmiyyət kəsb edir.
Abdullahian bildirib ki, region ölkələri və qonşular arasında dialoqun və məsləhətləşmənin gücləndirilməsi ümumi anlaşmaya nail olmaqda mühüm rol oynayır (APA).
XİN rəhbəri qeyd edib ki, Qafqaz regionunda sülhə əsaslanan nizam qurulmalıdır.
***
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iylun 24-də Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Görüş İran Xarici İşlər Nazirliyinin binasında keçirilib.
Qarşılanma mərasimindən sonra tərəflər ikitərəfli danışıqlara başlayıb, burada əməkdaşlığın inkişafı, ən aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
İran və Ermənistan xarici işlər nazirləri görüşdən sonra birgə mətbuat konfransında iştirak edəcəklər.
SİYASƏT
İran prezidenti: Qafqaz ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etmirik
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.