BAKI, 24 iyul — Sputnik. "Qarbağ" tarixində 12 dəfə eyni rəqibi hər iki oyunda məğlub edə bilib.
Sonuncu belə uğur 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütatiq təmsilçisi "Linkoln" ilə oyunda olub.
Qurban Qurbanovun kollektivi səfərdəki 2:1 hesablı qələbədən sonra öz meydanında rəqibi 4 cavabsız qolla (4:0) üstələyib.
"Qarabağ" 2 dəfə qrup, 10 dəfə isə təsnifat mərhələlərində rəqibinə hər iki qarşılaşmada şans verməyib. Klub bütün dubllara son 14 ildə Qurban Qurbanovun rəhbərliyi altında imza atıb.
"Qarabağ"ın hər iki oyunda qalib gəldiyi qarşılaşmalar:
2009/2010. "Honka" (Finlandiya) – "Qarabağ" – 0:1, 1:2
2010/2011. "Visla" (Polşa) – "Qarabağ" – 0:1, 2:3
2011/2012. "Banqa" (Litva) – "Qarabağ" – 0:4, 0:3
2013/2014. "Metallurq" (Makedoniya) – "Qarabağ" – 0:1, 0:1
2013/2014. "Qarabağ" – "Gefle" (İsveç) – 1:0, 2:0
2014/2015. "Valletta" (Malta) – "Qarabağ" – 0:1, 0:4
2015/2016. "Yanq Boyz" (İsveçrə) – "Qarabağ" – 0:1, 0:3
2016/2017. "Qarabağ" - PAOK (Yunanıstn) – 2:0, 1:0
2017/2018. "Qarabağ" – "Samtrediya" (Gürcüstan) - 5:0, 1:0
2021/2022. "Qarabağ" – "Aberdin" (Şotlandiya) – 1:0, 3:1
2021/2022. "Qarabağ" – "Kayrat" (Qazaxıstan) – 2:1, 2:1
2023/2024. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" – 1:2, 0:4 (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.