SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Xələf Xələfovu nazir müavini vəzifəsindən azad etdi

Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla "Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 878) ləğv edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Xələf Xələfov 2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.