SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident turnikdə dartınması barədə: "Gənc olduğum zaman bunu heç göstərmirdim"

İlham Əliyevin sözlərinə görə, gənc nəslə ismarıc vermək istəyib ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan.
Sputnik
BAKI, 24 iyul — Sputnik. "Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində ad günündə Qarabağa səfəri zamanı turnikdə dartınması ilə bağlı suala cavab verərkən söyləyib.
"Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz" , - deyə o bildirib.
Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyev 60 yaşında 15 dəfə turnikdə dartınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyev Çin mediasına özü, ailəsi, ölkə və dünya barədə maraqlı açıqlamalar verib