BAKI, 24 iyul — Sputnik. Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Xatırladaq ki, mayın 30-da da səhər saatlarında Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu olub. Hücum Ukrayna tərəfindən təşkil edilib, Rusiya Federasiyasına səkkiz təyyarə tipli dron göndərilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zenit-top kompleksi vasitəsilə beş qurğu məhv edilib. Qalan pilotsuz təyyarələr radioelektron mübarizə vasitəsi ilə məhv ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.