İDMAN

Mbappeyə fantastik təklif - tarixin ən bahalı futbolçusu ola bilər

Məşhur italyan jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, klub fransalı ulduz üçün 300 milyon avro ödəməyə hazırdır
Sputnik
BAKI, 24 iyul — Sputnik. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Kilian Mbappe üçün "PSJ"yə rekord təklif irəli sürüb.
Məşhur italyan jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, klub fransalı ulduz üçün 300 milyon avro ödəməyə hazırdır. Bu təklif reallaşarsa, futbol tarixinin ən bahalı transferi baş tutacaq.
Qeyd edək ki, "Əl-Hilal" Fransa millisinin üzvü ilə danışıqlara başlamayıb. Mbappenin karyerasını Avropada davam etdirmək istədiyi bildirilir. "PSJ" isə onun "Real Madrid"lə razılığa gəldiyinə əminliyini bildirib.
Xatırladaq ki, Neymarın "Barselona"dan "PSJ"yə gəlişi bunadək ən bahalı transfer hesab edilib. Belə ki, fransızlar 2017-ci ildə braziliyalı futbolçu üçün 222 milyon avro ödəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.