RUSİYA

Rusiyada ərzaq inflyasiyası Avropada ən aşağı səviyyədə olub

Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub.
Sputnik
BAKI, 23 iyul - Sputnik. İyun ayında Rusiyada illik ərzaq inflyasiyası 0,08 faiz təşkil edib ki, bu da bütün Avropa ölkələri arasında ən aşağı səviyyədir. Bu barədə RİA Novosti məlumat yayıb.
Yazda Rusiyada qida və alkoqolsuz içkilərdə illik deflyasiya qeydə alınıb: 2018-ci ildən bəri ilk dəfə apreldə müşahidə olunub, may ayında rekord göstəriciyə - 1,12 faizə çatıb.
Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub. Bundan əlavə, 20 faizdən yuxarı illik qiymət artımı Serbiyada (22,1 faiz) qalıb. İlk beşliyə həmçinin Estoniya (19,5 faiz), Slovakiya (18,9 faiz) və Rumıniya (17,9 faiz) daxil olub.
Əksər Avropa ölkələrində yayın əvvəlində inflyasiya yavaşlayıb, ən çox Macarıstanda (4,7 faiz bəndi). Eyni zamanda, regionun beş ölkəsində inflyasiya sürətlənib, xüsusilə Kiprdə may ayında 8,38 faizdən 10,12 faizə və Rusiyada (+1,2 faiz bəndi)yüksəlib .
İyunun əvvəlində baş nazir Mixail Mişustin Rusiyada inflyasiyanın dünyada ən aşağı səviyyələrdən birində olduğunu bildirmişdi. O, əmək bazarında sabit vəziyyətin olduğunu da qeyd edib. Baş nazirin sözlərinə görə, Rusiyada işsizlik fevral ayından bəri 3,2 faizlə rekord həddə çatıb.
May ayında Mişustin Rusiyada inflyasiyanın səviyyəsini Avropada ən aşağı səviyyədə olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.