İDMAN

Qızlardan ibarət U-16 millimiz Avropa çempionudur

U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununda yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gəlib
Sputnik
BAKI, 23 iyul - Sputnik. Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu baş tutub.
Azərtac xəbər verir ki, U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.
Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.