İDMAN

Qızlardan ibarət millimiz Avropa çempionatının finalındadır

U-16 qız millimiz Avropa çempionatının finalında Andorra seçməsi ilə üz-üzə gələcək.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.
U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib.
Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq.
Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq.
Azərtac
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.