BAKI, 23 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. Bu barədə TASS xəbər yayıb.
Belarus dövlətinin başçısı ötən gecə Rusiyaya gəlib.
Əvvəllər xəbər verildiyi kimi, liderlər Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Bundan əlavə, söhbət zamanı Putin və Lukaşenko təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq və qeyri-qanuni sanksiyalara qarşı birgə müqavimət mövzularına toxuna bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.