BAKI, 22 iyul - Sputnik. Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli butik otel yanıb.
TRT telekanalının məlumatına görə, yanğın nəticəsində 2 turist həyatını itirib, 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.
Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında isə Norveç, Danimarka və Niderlanddan olan turistlər var. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.
Yanğının səbəbləri araşdırılır.