DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin Baş katibi Quranın yandırılmasına reaksiya verdi

BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyərək, müsəlman toplumu ilə həmrəyliyini ifadə edib.
Sputnik Azərbaycan xəbər verir ki, BMT-nin mətbuat xidməti Quterreşin BMT-nin Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.
Bildirilib ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının "din əleyhinə ayrı-seçkilik, düşmənçilik və zorakılığa səbəb olan nifrətlə mübarizə" qərarını həyata keçirmək üçün səy göstərdiyini vurğulayıb.
"Baş Katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyir", - məlumatda deyilib.
Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil. Belə ki, ötən ay da İsveç polisinin icazəsi ilə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb.
Xatırladaq ki, 2010-cu ildə də Amerikada müqəddəs kitabımız Qurani-Kərimi yandırılmışdı. Amerkanın Tennesi ştatında iki Quran yandırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.