BAKI, 21 iyul — Sputnik. Bakıda dəhşətli hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, 46 nömrəli marşrut avtobusunda partlayış baş verib.
Şahidlər bildiriblər ki, hadisə Köhnə Günəşli qəsəbəsində, sözügedən marşrutun sonuncu dayanacağında olub. Partlayış o qədər güclü olub ki, səsi qəsəbənin uzaq ərazilərində də eşidilib.
Partlayışdan sonra avtobus tamam yanıb. Xoşbəxtlikdən partlayış zamanı avtobusda sərnişinlər olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.