BAKI, 20 iyul — Sputnik. "Google" korporasiyası iş kompüterlərində çalışan bəzi işçilərin yalnız korporativ veb alətlərə və ya "Google" məhsullarına çıxış əldə edəcəyi pilot proqrama start verib.
"Google" kiberhücum riskini azaltmaq üçün bəzi işçilərin iş kompüterlərində internetə çıxışını məhdudlaşdırıb.
Korporasiya iyulun 19-dan etibarən pilot proqramı işə salıb. Plana əsasən bəzi işçilər yalnız korporativ veb alətlərə və ya "Google" məhsullarına, xüsusən də virtual sənədlərin saxlanması üçün "Google Drive"a, həmçinin "Gmail" elektron poçtuna çıxış əldə edəcəklər.
Şirkətin açıqlamasında bildirilir ki, bu proqram hakerlərin hücum riskini azaldacaq.
Xatırladaq ki, son zamanlar bəzi rəsmi şəxslərin hesablarına hakerlər tərəfindən hücumlar həyata keçirilərək şəxsi və ya digər məxfi məlumatları oğurlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.