İDMAN

Basketbol yığmamız Avropa çempionatının yarımfinalına yüksəlib

Qızlarımızın yarımfinalda rəqibi Gürcüstan yığması olacaq.
Sputnik
BAKI, 20 iyul - Sputnik. On altı yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.
Report-un məlumatına görə, yığma B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub.
Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.
Qızlar yarımfinalda Gürcüstan komandası ilə qarşılaşacaqlar. İyulun 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.