BAKI, 19 iyul - Sputnik. Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.
Bakı Olimpiya Stadionundakı cavab qarşılaşmasını albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Matçın 7-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı irəli çıxarıb - 1:0. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb - 2:0.
Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb - 3:0.
62-ci dəqiqədə Yankoviç növbəti qolu qonaqların qapısından keçirib - 4:0.
Görüş bu hesabla başa çatıb və "Qarabağ" iki oyunun nəticəsinə əsasən ikinci mərhələyə vəsiqə qazanıb.