DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İspaniyada son 95 ilin ən isti günü qeydə alınıb

Jirona şəhərinin Figueres rayonunda termometrlər 45,4 dərəcəni göstərib. Əndəlüs əyalətindəki Kordoba şəhərində havanın hərarəti 44,6 dərəcəyə, Balear adaları, Valensiya və Araqon əyalətlərinin bəzi rayonlarında isə 43 dərəcəyə çatıb.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Kataloniya bölgəsinin Jirona şəhərində 1928-ci ildən bəri İspaniya tarixinin ən isti günü qeydə alınıb.
Həftənin əvvəlindən İspaniya yay mövsümünün üçüncü istilik dalğası ilə üzləşib.
İyulun 18-də Jirona şəhərinin Figueres rayonunda termometrlər 45,4 dərəcəni göstərib. Əndəlüs əyalətindəki Kordoba şəhərində havanın hərarəti 44,6 dərəcəyə, Balear adaları, Valensiya və Araqon əyalətlərinin bəzi rayonlarında isə 43 dərəcəyə çatıb.
Meteoroloqların proqnozuna görə, şiddətli istilər sabahdan etibarən səngiməyə başlayacaq.
Qeyd edək ki, isti hava təkcə Cənubi Avropa ilə məhdudlaşmır. Şimali Amerika və Şimali Asiyada da qeyri-adi yüksək temperatur qeydə alınmaqdadır. Anomal hava şəraitinin qismən El Nino iqlim fenomenindən qaynaqlandığı deyilir, mütəxəssislər hesab edirlər ki, əsas səbəb qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib