BAKI, 19 iyul — Sputnik. Çin və Rusiya dənizdə hərbi təlimlərə başlayır.
Çin tərəfi Rusiyanın dəniz qüvvələri ilə birgə təlimlərə hazırlıq məqsədilə artıq donanma gəmilərini göndərdiyini bildirib.
Çinin "Xinhua" xəbər agentliyinin məlumatına görə, təlimdə 10-dan çox gəmi və 30-dan çox təyyarə iştirak edir. Çinin Müdafiə Nazirliyi və dövlət xəbər agentliyi təlimlərin yeri barədə təfərrüat verməyib, lakin təlimlərin yaxın günlərdə Yapon dənizinin (Şərq dənizi) müəyyən hissələrində keçiriləcəyi güman edilir.
Çin mənbələrinin məlumatlarına görə, birgə təlimlər gəmilərarası kommunikasiya, manevr və dəniz axtarış-xilasetmə işlərinə yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.