DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə tarixinin müdafiə sahəsində ən böyük ixrac müqaviləsi imzalandı

Krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Baykar, Səudiyyə Ərəbistanı ilə hücum dronlarının tədarükü və əməkdaşlıq haqqında müqavilə imzaladığını təsdiqləyib.
"Daha bir mühüm ixrac və əməkdaşlıq müqaviləsini uğurla imzaladıq. Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında Akıncı zərbə PUA-ları üçün ixrac müqaviləsi imzaladıq. Akıncı Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində istifadə ediləcək", - şirkətin açıqlamasında deyilir.
Şirkətin baş direktoru Haluk Bayraktar da öz növbəsində Ər-Riyadla imzalanan müqavilənin Türkiyə Cümhuriyyəti tarixində təyyarə istehsalı və müdafiə sahəsində ən böyük ixrac müqaviləsi olmasına diqqət çəkib.
Səudiyyə mətbuatı daha əvvəl xəbər vermişdi ki, krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb. Sənədlərin imzalanması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.