BAKI, 18 iyul — Sputnik. Rusiyada ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə cəzalar sərtləşdirilir.
Bunu ölkənin Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev Telegram kanalındakı hesabında yazıb.
O bildirib ki, həmin şəxslərə beş ilədək həbs cəzası verilə bilər.
Komitə sədrinin sözlərinə görə Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan dəyişiklik layihəsi təqdim ediblər:
"Həmkarlarımla birlikdə biz Cinayət Məcəlləsinə ekstremizm ideologiyasının təbliğinə və əsaslandırılmasına görə məsuliyyətə dair düzəlişi Dövlət Dumasının müzakirəsinə təqdim etdik. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinə (ictimai çağırışlar) dəyişiklik edilməsi təklif olunur. Məsuliyyət, həmçinin ekstremizmin ictimai əsaslandırılması və ya təbliği ilə ekstremist fəaliyyətə çağırışa görə məsuliyyət daşıyacaq. Bu maddə 300 min rubla (3 min dollar ) qədər cərimə və beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur".
Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin hazırda qüvvədə olan maddəsinə əsasən, ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə 100 min (1100 dollar) rubldan, 300 min rubla qədər cərimə və ya 1 ildən 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.