BAKI, 18 iyul — Sputnik. Rusiya qoşunlarına beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin iyulun 18-də Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını təmin edilməsi üzrə Koordinasiya Şurasının iclası zamanı deyib.
"Beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır", - deyə baş nazir qeyd edib.
Rusiya Federasiyasında Su-57 qırıcısı beşinci nəsil qırıcılara aiddir.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu üçün lazım olan məhsulların istehsalını və tədarükünü artırmaq barədə göstəriş verib. Rusiya lideri qeyd edib ki, dövlət hədəf tapşırıqlarını dəqiq, səmərəli və ciddi şəkildə vaxtında yerinə yetirməlidir.
Bir müddət əvvəl "KP.RU" saytı Rusiya Silahlı Qüvvələrinə "Drok" eksperimental özüyeriyən minaatanlarının ilk partiyasının təhvil verilməsindən yazıb. Qurğu 82 mm-lik minaatan modulu və sürətləndirilmiş avtomatlaşdırma əldə edib və eyni zamanda rekord müddətdə atəş etmək üçün hazır vəziyyətə gələ bilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.