BAKI, 18 iyul — Sputnik. Bağdad və Moskva enerji sektorunda, xüsusən də qaz sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə başlayacaqlar. Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf RİA Novosti-yə bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hazırda İraq və Rusiya arasında neft-qaz sahəsində artım müşahidə olunur. İraqda fəaliyyət göstərən Rusiya şirkətləri gələcəkdə bu sahəyə daha çox investisiya yatıra biləcəklər.
"Növbəti mərhələdə Bağdad və Moskva arasında enerji sahəsində, xüsusən də qaz sahəsində keyfiyyətcə yeni tip qarşılıqlı fəaliyyətə start veriləcək", - deyə XİN sözçüsü bildirib.
Əl-Səhhaf şirkətlərin hansı layihələri həyata keçirəcəyini açıqlamayıb.
Bundan əvvəl Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev RİA Novosti agentliyinə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyasının neft və qaz şirkətlərinin İraqa yatırdığı investisiyalar 14 milyard dolları keçib.
Moskva ilə Bağdad arasında əməkdaşlığın ən uğurlu sahələri enerjidir. İraqda "Lukoyl", "Rosneft", "Qazpromneft" və digər Rusiyanın neft-qaz şirkətləri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.