İDMAN

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı yüz arenası sırasındadır

İlk üçlükdə Almaniyanın "Borussiya" (Dortmund) klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" qərarlaşıb.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb.
"FourFourTwo" nəşrinin məlumatına görə, BOS siyahıda 41-ci yeri tutur.
Dünyanın ən yaxşı arenası Argentinadakı "La Bombonera" seçilib. Braziliyada yerləşən məşhur "Marakana" ikinci pillədədir. İlk üçlükdə Almaniyanın "Borussiya" (Dortmund) klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" qərarlaşıb.
Ən yaxşı 10 stadion isə bunlardır:
1. "La Bombonera" (Argentina)
2. "Marakana" (Braziliya)
3. "Siqnal İduna Park" (Almaniya)
4. "Tottenhem Hotspur" (İngiltərə)
5. "Monumental" (Argentina)
6. "Azteka" (Meksika)
7. "Nou Kamp" (İspaniya)
8. "Uembli" (İngiltərə)
9. "İbroks" (Şotlandiya)
10. "San Siro" (İtaliya) (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.