RUSİYA

RF Türkiyə, Ukrayna və BMT-ni taxıl sazişinin uzadılmasına etirazla bağlı xəbərdar edib

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya bazar ertəsi Türkiyə, Ukrayna və BMT-ni taxıl müqaviləsinin uzadılmasına etirazı barədə məlumatlandırıb.

“Rusiya bu gün müqavilənin uzadılmasına etirazı ilə bağlı Türkiyə və Ukrayna tərəflərini, eləcə də BMT katibliyini rəsmən məlumatlandırıb. Yaxın vaxtlarda XİN-in Rusiyanın mövqeyinin ətraflı izahatları ilə bəyanatı dərc olunacaq", - deyə diplomat bildirib.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatır.
Bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.