İDMAN

Qız basketbolçularımız Avropa çempionatında: İlk rəqib Andorra

Türk mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz qrupda ilk oyununu sabah Bakı vaxtı ilə saat 21:30-da Andorra yığmasına qarşı keçirəcək.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Andorrada 16 yaşadək qız basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək.
Azərbaycan Basketbol Federasiyasının yaydığı məlumata görə, B qrupunda yer alan millimiz Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq.
Türk mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz qrupda ilk oyununu iyulun 18-də Bakı vaxtı ilə saat 21:30-da Andorra yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları Beynəlxalq Basketbol Federasiyasının rəsmi Youtube hesabında canlı yayımlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.