“FTX, İstintaq Komitəsi və bir sıra digər idarələrə insidentin ətraflı araşdırılması üçün göstərişlər verilib”, - deyə Putin Krım körpüsündə vəziyyətlə bağlı görüş zamanı deyib.
“İndi körpüdə nəqliyyatın kəsilməsi üzündən çətin vəziyyətdə olan insanlara hər cür dəstəyin göstərilməsi vacibdir. Bu, həm gecikmiş qatarların sərnişinlərinə, həm də yolda olan avtomobilçilərə aiddir", - deyə Putin bildirib.
"Krım körpüsündə ikinci terror aktının artıq baş verdiyini nəzərə alaraq, bu strateji əhəmiyyətli nəqliyyat obyektinin təhlükəsizliyinin yaxşılaşdırılması üçün konkret təkliflər gözləyirəm. Bu gün səhər saatlarında həmkarlarımızla bunu ətraflı müzakirə etdik", - deyə RF lideri bildirib.
“Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır”.