BAKI, 15 iyul - Sputnik. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Twitter hesabında yazıb.
O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanı sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi iddiasını rədd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.