DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MİT Türkiyədə 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını aldı

Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısını məhv edib.
Sputnik
BAKI, 15 iyul - Sputnik. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu sərhəd əməliyyatlarını davam etdirir. Nəhayət, Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını alıb.
Hücumu təşkil edən Heysem Cuma əməliyyatda öldürülüb. Türk mətbuatının təhlükəsizlik mənbələrindən əldə etdiyi informasiyaya görə, Heysem Əbu Dahham kod adlı Heysem Cumanın bir müddət əvvəl Menbic şəhər mərkəzinə gəldiyinə dair kəşfiyyat məlumatı əldə edilib.
Cuma MİT tərəfindən iyulun 9-da Menbic şəhər mərkəzində keçirilən əməliyyatda zərərsizləşdirilib.
Terrorçu Heysem Cumanın planlaşdırması nəticəsində 2019-cu ildə Cerablusda 3 motosiklet və 2 avtomobillə təşkil edilən hücumlarla Afrin şəhər mərkəzindəki bazarda bomba yüklü yanacaq tankeri partladılıb. Nəticədə 11-i uşaq olmaqla 40 mülki şəxs həlak olub.
Cuma əhalinin sıx olduğu əraziyə bomba yüklü yanacaq tankeri ilə hücumu planlaşdırmaqda, nəticədə 40 nəfərin ölümü və 47 nəfərin yaralanmasına səbəb olmaqda günahlandırılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.