BAKI, 14 iyul — Sputnik. Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava Tokioda hücuma məruz qalıb.
Səfir naməlum şəxsin ön qapıdan arxa oturacağa keçməyə çalışdığı bir saniyəlik videonu yayıb.
Qəfildən o, səfirlik maşınının qapısını açıb və hücuma keçib.
"Bu, biabırçılıqdır. Səfirlik sürücüsünə soyuqqanlı davranışına görə minnətdaram. Biz Yaponiya hüquq-mühafizə orqanlarının hadisəni araşdıracağına ümid edirik", - Lejava "Twitter"də yazıb.
Eyni zamanda, Kyodo agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hücumdan dərhal əvvəl "yol-nəqliyyat hadisəsi" baş verib. Lakin həqiqətdə nəyin baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilib.
"Narahat olan hər kəsə təşəkkür edirəm. Xoşbəxtlikdən zərər görmədim. Ancaq bu hadisə çoxlu narahatlığa səbəb oldu. Zorakılıq ifadə vasitəsi kimi istifadə edilməməlidir, bu, qəbuledilməzdir", - Lejava yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.