İDMAN

Azərbaycanın basketbol millisinin növbəti rəqibi bəlli olub - Avropa çempionatı

C qrupunu sonuncu pillədə tamamlayan yığma 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq
Sputnik
BAKI, 13 iyul — Sputnik. Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının "B" divizionundakı növbəti rəqibi bəlli olub.
C qrupunu sonuncu pillədə tamamlayan yığma 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.
İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub hesabından canlı yayımlanacaq (Report).