RUSİYA

Lavrov ASEAN tədbirlərindən kənarda xarici işlər nazirləri ilə görüşəcək – Rusiya XİN

Rusiyanın xarici işlər naziri İndoneziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də Cakartada İndoneziya və Laosun xarici işlər nazirləri ilə görüşəcək.
Bunu Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Lavrov çərşənbə günü İndoneziyaya səfərinə başlayıb. Burada O, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək.
"Bu gün əsasən ikitərəfli görüşlərə və çoxtərəfli formatda görüşlərə həsr olunacaq, lakin bunlar, hələ ki, ASEAN tədbirlərindən kənarda olacaq. Hər şey bir neçə saatdan sonra Rusiya-İndoneziya-Çin görüşü ilə başlayacaq... Bundan sonra Sergey Viktoroviç Lavrovun tədbirlərə ev sahibliyi edən ölkənin - İndoneziyanın xarici işlər naziri (Retno Marsudi), Laosun xarici işlər naziri (Salemsay Kommasit) və ASEAN-ın baş katibi (Kao Kimxorn) ilə ikitərəfli görüşləri olacaq", - deyə o, "Sputnik" radiosunun efirində bildirib.
"Cümə axşamı Rusiya-ASEAN görüşü, eləcə də çinli həmkarlarla görüş keçiriləcək. Van İ Çinin xarici işlər naziri postunu tərk etsə də, logistika ilə əlaqədar olaraq, Çin tərəfi məhz onu Cakartaya göndərməyə qərar verib", - deyə Zaxarova qeyd edib.
Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi əlavə edib ki, nazir, həmçinin Şri-Lanka və Bruneyin xarici işlər nazirləri ilə də görüşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.