İDMAN

"Qarabağ" və "Neftçi" dünya reytinqində geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yaydığı xəbərə görə, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
IFFHS-nin rəsmi saytının yaydığı xəbərə görə, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" "Neftçi" yer alıb.
"Köhlən atlar" ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.
67 xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın "Real Madrid" klubu 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk "3-lüy"ü 296 xalla Braziliya təmsilçisi "Flamenqo" qapayır.
Məlumat üçün bildirək ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (ing. International Federation of Football History & Statistics) 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.