RUSİYA

NATO Ukraynada münaqişənin yalnız gərginləşməsində maraqlıdır - Matviyenko

Rusiya Federasiya Şurasının spikeri bildirib ki, Kollektiv Qərb, NATO münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Kollektiv Qərb və NATO Ukraynada münaqişənin yalnız gərginləşməsində maraqlıdır, münaqişənin sülh yolu ilə həllində isə maraqlı deyil. Bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.

"Bu gün biz Qərbdə baş verənləri görürük. Kollektiv Qərb, NATO münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onlar əksinə, onun uzanmasında, eskalasiyasında maraqlıdırlar. Bunu silahların artırılması da təsdiqləyir", - o jurnalistlərə bildirib.

Valentina Matvienkonun başçılıq etdiyi Federal Məclisin nümayəndə heyəti iyulun 9-dan 12-dək Çində səfərdədir. Səfər Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Letsinin dəvəti ilə baş tutur.
Xatırladaq ki, ötən gün Çin sədri Si Cinpin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Çin rəhbəri ölkəsinin Rusiya Federasiyası ilə tərəfdaşlığı inkişaf etdirmək və sabit və ədalətli dünya qurmağa kömək etmək üçün işləməyə hazır olduğunu bildirib.
ÇXR lideri həmçinin qeyd edib ki, Çin və Rusiya dünya gücləridir və bəşəriyyətin inkişafı və tərəqqisi üçün mühüm məsuliyyət daşıyırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.