DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: TBMM İsveçin NATO-ya üzvlük ərizəsini payız sessiyasında təsdiqləyəcək

Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb
Sputnik
BAKI, 11 iyul - Sputnik. İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.
Bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.
Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.