RUSİYA

Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşırıq - Lavrov

Lavrov Qərbin Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə münasibətini ədalətsizlik adlandırıb.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Rusiya Federasiyası, Qərbin Ukraynadakı vəziyyəti qlobal fəlakət kimi təqdim etmək cəhdləri ilə bağlı Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Qərbin diqqəti daim Ukrayna problemini müzakirəyə çıxarmağa çalışdığına diqqət çəkib.
"Onlar bildirirlər ki, guya Rusiyanı məğlub etməlidirlər, çünki bu, gələcəkdə hansı ölkənin dünyaya hakim olacağını müəyyənləşdirir", - Lavrov deyib.
"Hesab edirəm ki, bu, Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə (Fələstin-İsrail münaqişəsi, həmçinin İraq, Liviya və Suriya problemləri) münasibətdə ədalətsizlikdir", - Rusiya diplomatiyasının rəhbəri bildirib.