BAKI, 9 iyul - Sputnik. Ukraynaya kaset sursatlarını tədarük etmək qərarı Prezident Co Bayden üçün "piar-kabusu" olacaq.
Bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalına müsahibəsində deyib.
"Söhbət 1987-ci ildə istehsal olunmuş mərmilərdən gedir. 1997-ci ildə mən səhra artilleriya bölməsində xidmət etmişəm və biz təlimlər zamanı onlardan tez-tez istifadə edirdik. Bu köhnə döyüş sursatlarıdır", - deyə Ritter bildirib.
Ekspert qeyd edib ki, bu cür mərmilərdə partlamamış kiçi kalibrili bombaların böyük bir hissəsi var və prezident administrasiyasının ən yüksək effektivliyə malik müasir silahların tədarükü ilə bağlı bütün bəyanatları ikiüzlülükdür.
"Həmişəki kimi, biz onlara ən yaxşılarını deyil, köhnə silahları, istifadə müddəti bitmiş silahları veririk" deyən Ritter, Pentaqonun münaqişənin hazırkı formatına uyğun olmayan silahları bilərəkdən göndərməsindən utanmalı olduğunu bildirib.
Bu yaxınlarda ABŞ ordusunun istefada olan general-leytenantı Mark Hertlinq də bildirib ki, bu sursatlar Ukrayna Silahlı Qüvvələrinə (USQ) hücumda kömək etməyəcək, çünki onlar mina sahələrini zərərsizləşdirə bilmirlər və səngərlərin təmizlənməsində səmərəsizdirlər, onlardan istifadə edildikdən sonar isə Ukrayna əsgərləri partlamamış mərmilərin olduğu ərazilərdən getməli olacaqlar.
Eyni zamanda Fransanın "Le Monde" nəşri etiraf edir ki, Vaşinqton öz silah ehtiyatlarının tükənməsi səbəbindən bu addımı atıb və bununla da Rusiya qarşısında öz zəifliyini nümayiş etdirib.
Bu yaxınlarda fransalı siyasətçi, Avropa Parlamentinin sabiq deputatı Florian Filippo sosial şəbəkələrdə yazıb ki, Fransa amerikalıların Ukrayna hakimiyyətinə kassetli sursatlar tədarük etməsinə biabırçı şəkildə susur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.