"Ermənilər Qarabağ ərazisində Qırxqız istiqamətində mövqelərini gücləndirməyə, həmin yüksəkliyi tutmaq istəyirdilər. Həmçinin o ərazidən Kəlbəcər rayonu istiqamətində mövqelərimizin vizual və optik cihazlarla görmək imkanı əldə etməyə çalışırdılar. Eləcə də Xankəndinin şimal istiqamətində mövqelərini möhkəmləndirməyə səy göstərirdilər. Lakin buna nail olmadılar və biz üstünlüyük əldə etdik", - deyə R.Məmmədli bildirib.
"Hücuma meyilli dərin müdafiə xətti formalaşdırırlar və yaxud da mühəndis-istehkam sədləri qurulur. İstənilən halda müdafiə xəttinin formalaşdırılmasına cəhd yalnız bir formada anlaşıla bilər ki, Ermənistan ordusu Qarabağ ərazisində mövqeyini gücləndirməyə çalışır. Qarşı tərəf müəyyən qədər ərazini neytral bölgə olaraq saxlamağa cəhd edir. Yəni artıq bir tərəfdə səngər varsa, digər müdafiə xətti ilə arada olan neytral boşluğun, istifadə olunması mümkün olmayan ərazidir. Davamlı olaraq hərbi manevrlərin və əməliyyatların həyata keçiriləcəyi ərazidir".
“Ermənistanın ordu birləşmələrinin bu təxribatlara əl atması, birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn addımdır. Digər vasitəçi dövlətlər bu məsələyə konkret reaksiya verməlidirlər və baş verən hadisələrlə bağlı rəsmi İrəvana ciddi irad tutulmalıdır. Çünki xatırladım ki, 44 günlük Vətən müharibəsinin başlama səbəbləri Nikol Paşinyanın iddiaları açıqlamaları, “Qarabağ Ermənistandır və nida” fikri, Şuşada eyş-işrətlə məşğul olması, bu ölkənin keçmiş müdafiə nazirinin digər bölgələri də işğal edəcək kimi açıqlamaları, son nəticədə isə Tovuzda daha vacib əhəmiyyətli məntəqənin ələ keçirilməsi cəhdləri idi. Mən də bu təxribatları faktiki olaraq işğalın başqa formatı kimi xarakterizə edirəm. Ermənilərin Qarabağda səngər qazmaq cəhdləri əslində Azərbaycan ərazisində işğal cəhdini yeniləməkdir. Bu kimi halların qarşısı alınmalıdır, lazım gələrsə, xüsusi əməliyyat da keçirilməlidir ki, Qarabağdakı erməni separatçı hərbi birləşmələri zərərsizləşdirilsin, onların hərbi hissələri sıradan çıxarılsın”, - deyə mərkəzin rəhbəri əlavə edib.