BAKI, 9 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.
Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
“Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı deyib.
Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.