İDMAN

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında yeni rekorda imza atıb

Qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb.
Sputnik
BAKI, 9 iyul - Sputnik. Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.
Qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millinin yeni rekordudur (Report).
Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.