DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda naməlum şəxslər polis bölməsinə hücum edib, azı bir polis ölüb

Əvvəlcə hücum edənlərin polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açdığı, sonra isə qumbara atdığı barədə xəbər yayılıb.
Sputnik
BAKI, 8 iyul - Sputnik. İranın SistanBəlucistan əyalətində naməlum şəxslərin polis məntəqəsinə hücumu nəticəsində azı bir polis əməkdaşı həlak olub. Bu barədə TASS şənbə günü IRNA agentliyinə istinadən məlumat yayıb.
Hücum əyalətin paytaxtı Zahedan şəhərində yerli vaxtla 7:15 (Bakı vaxtı ilə 7:45) radələrində baş verib.
Şəhər prokuroruna istinad edən agentliyin məlumatına görə, bir neçə təcavüzkar polis bölməsinə yaxınlaşıb, bundan sonra partlayışlar baş verib.
Hücum edənlərin qalan hissəsi polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açıblar. Eyni zamanda Sistan və Bəlucistan qubernatorunun müavini Əlireza Marhemati bu məlumatı təkzib edib.
Mehr agentliyinin Marhematiyə istinadla verdiyi məlumata görə, hücum edənlər polis bölməsinə girməzdən əvvəl girişə qumbaraatan atıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.