BAKI, 6 iyul — Sputnik. Kiyevin Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) hər hansı hücumuna Rusiyanın cavabı sərt olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı brifinqdə bildirib.
"Rusiya ZAES-i qorumağa davam edəcək və Ukraynanın bu obyektə hər hansı hücumuna son dərəcə sərt cavab verəcək" - Zaxarova deyib.
Bundan əvvəl "Rosenerqoatom" rəhbərinin müşaviri Renat Karçaa Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-i içi radioaktiv tullantılarla doldurulmuş döyüş başlığı ilə taktiki raketlə vurmaq planları barədə xəbərdarlıq edib. O qeyd edib ki, Kiyev rejiminin ehtiyat planı var: nüvə təxribatı təşkil etmək və buna görə Rusiyanı günahlandırmaq.
Bir gün əvvəl Ukrayna hakimiyyəti ZAES-də partlayış baş verəcəyi təqdirdə tövsiyələri əks etdirən yaddaş kitabçalarını yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.