"Türkiyənin turizmə olan ümidləri inflyasiya səbəbindən təhlükə altındadır. Son bir ildə xərclərin 100% artması Türkiyə hotellərindəki qiymətlərinə də təsir edib. Əvvəllər rusiyalı turistlər üçün 200 min rubl olan Türkiyədə tətillər indi 300-400 min rubla yüksəlib. Avropa bazarında Türkiyə indi demək olar ki, Yunanıstan kimidir, ancaq İspaniyadan bahalıdır. Rusiyalı turistlər üçün Türkiyə Maldiv adalarından da bahalı olur və bu, həyəcan siqnalıdır. Xərclər artdıqca otaq qiymətlərin artmalı olduğunu vurğulayan sektor nümayəndələri, yüksək qiymətlərə görə avropalı turistlərin də oktyabrda başlayacaq 2024-cü il müqaviləsi üzrə (turizm agentlikləri ilə) rəqiblərə üz tutacaqlarından qorxurlar", - qəzet yazır.
"STR Global-ın məlumatına görə, aprel ayında Antalyada satılan otağın gündəlik qiyməti keçən ilə nisbətən 37,4% artaraq 110 avro, İstanbulda isə 138 avro olub. "TÜRSAB" idarə heyətinin üzvü Hamit Kuk da Türkiyədə inflyasiyanın onun rəqibləri olan İspaniya və Yunanıstandan daha yüksək olduğunu və rusiyalı turistlərin Misirə üstünlük verməyə başladığını bildirib. Bu ölkədə qiymətlərin aşağı düşməsi rusiyalı turistlərin istiqamətlənməsinə də təsir göstərib. Misirdə hotel qiymətləri 2022-ci ilin əvvəli ilə müqayisədə 50%-ə qədər enib, tur qiymətləri isə cəmi bir ayda 35%-ə qədər azalıb", - qəzet qeyd edir.