"Hər kəsdən ödəniş alıb qəbul edirlər. Bu zaman limit nəzərə alınmır. Amma içəridə camaat uzun növbə gözləyir. Deyirlər ki, "xoşundur da, budur, deyilsə də, budur". Hələ qapıda çantaların içərisini də yoxlayırlar. İçəri yemək və su buraxılmır. Nəhayət burada bir yer tapdıq. Şəkildə iki dənə yarım litr su və 3 dondurma üçün 28.60 qəpik ödədik. Digər fotodakı isə toyuq pizzasıdır. Fotoda toyuq ətini görsəniz mənə də göstərin. Aquparkda isə uzun növbələrlə sıraya düzülməlisən. Xidmət həqiqətən də çox bərbad idi. Hovuzda insan əlindən tərpənmək olmurdu. Paltar dəyişən yerdə isə sidik iyindən adam boğulurdu", - deyə jurnalist sosial şəbəkə hesabında yazıb.
"Çox təəssüf ki, istirahət mərkəzləri dənizin ətrafını hasarlayıb, giriş üçün qapı qoyub pul yığırlar. Dənizin ətrafı hasarlana bilməz. Dəniz xalqın sərvətidir. Ondan istifadəni heç bir sahibkar məhdudlaşdıra bilməz! Əgər hansısa sahibkar özünə sahibkarlıq obyekti yaradırsa, bunu dənizə girişə mane olmadan etməlidir", - deyə AİB sədri bildirib.
"Onlar istehlakçını məcbur edir ki, suyu da, yeməyi də onlardan alsın. Bu yolla qiyməti də diktə edirlər. Buna səbəb ölkəmizdə istehlakçı hüququnun qorunmamasıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub. Yeni qanunun qəbuluna ehtiyac var. İstehlakçı hüququnu qoruyan dövlət orqanı isə demək olar ki, işləmir".