RUSİYA

NATO Ukraynanın Rusiya ordusuna qarşı hərbi əməliyyatlarını planlaşdırır - Patruşev

Patruşev qeyd edib ki, bu ilin əvvəlindən Cənub Federal Dairəsində (CFD) 10 terror aktı törədilib, daha 9-nun qarşısı alınıb.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Ukrayna Krım istiqamətində pilotsuz təyyarələrdən istifadə etməklə 70-dən çox hücum həyata keçirib. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Bu ilin əvvəlindən təkcə Krım istiqamətində Ukraynanın silahlı birləşmələri pilotsuz uçuş aparatlarından istifadə etməklə 70-dən çox hücum həyata keçirib. Krasnodar diyarı və Rostov vilayətinin əraziləri də Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb və atəşə tutulub", - deyə Patruşev bildirib.
Patruşev qeyd edib ki, bu ilin əvvəlindən Cənub Federal Dairəsində (CFD) 10 terror aktı törədilib, daha 9-nun qarşısı alınıb:
"Kiyev rejimi Rusiya ərazisində terror aktları və təxribat hazırlayan Hitlerin xüsusi xidmət orqanlarının metodlarından istifadə edir. Bizə vaxtilə nasist Gestapo və Abver tərəfindən istifadə edilən ən çirkli üsullara, o cümlədən bizim ölkəmizin ərazisində terror aktlarının və təxribatların hazırlanması və həyata keçirilməsində hakim Bandera rejiminin neonasist mahiyyətini təsdiq edən çoxsaylı faktlar əldə etməyə davam edirik".
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, NATO ölkələri Ukrayna qüvvələrinin Rusiya ordusuna qarşı hərbi əməliyyatlarını planlaşdırır və əlaqələndirir:
"Bu gün ABŞ-ın başçılıq etdiyi NATO ölkələri Ukraynadakı terror rejimini maliyyələşdirməyə, onu silahlarla təmin etməyə, kəşfiyyat məlumatları verməyə, Ukrayna Silahlı Qüvvələrinə təlim keçməyə, Rusiya ordusuna qarşı hərbi əməliyyatları planlaşdırmağa və koordinasiya etməyə davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
NATO tərəfindən Rusiyaya qarşı hərbi təhdidlər artır - Patruşev