SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran XİN rəhbəri Azərbaycanın üçtərəfli bəyanatın icrasına sadiq olduğunu bildirib

Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Biz Ukraynadakı müharibənin bitməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Bu müharibə bitməlidir.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurası nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.
O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
Abdullahiyan əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir.
"Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir", - xarici işlər naziri bəyan edib.
XİN rəhbəri, İranın hər zaman regionda sərhədlərin dəyişməsinə qarşı olduğunu qeyd edib (APA).
Qeyd edək ki, bu gündən iki gün olmaqla Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısına start verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.