BAKI, 3 iyul — Sputnik. Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Azərbaycana gəlib.
Hindistanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da Azərbaycana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.
Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.